İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində 5 fələstinli jurnalist həlak olub    

İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində 5 fələstinli jurnalist həlak olub    
Dünya 27 Dekabr 2024 - 14:16


 

İsrail ordusu HƏMAS-ın müttəfiqi İslami Cihad qruplaşmasının yaraqlılarını hədəf aldığını bildirib.

                           

Qəzza Səhiyyə Nazirliyinin cümə axşamı səhər saatlarında verdiyi məlumata görə, İsrailin çərşənbə günündən cümə axşamına keçən gecə Qəzza zolağında xəstəxana qarşısında endirdiyi zərbə nəticəsində beş fələstinli jurnalist həlak olub.

 

Hücum Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində yerləşən Əl-Avda xəstəxanasının qarşısındakı avtomobilə dəyib. Həlak olanlar yerli Qüds Xəbər Şəbəkəsində çalışan jurnalistlərdir.

 

İsrail ordusu HƏMAS-la müttəfiq olan İslami Cihad döyüşçülərinin bir hücrəsini hədəf aldığını bildirib və bildirib ki, Qəzzada terror qruplarının üzvləri tez-tez jurnalistika adı altında çalışırlar.

 

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, keçən ilin oktyabrında müharibə başlayandan bəri 130-dan çox fələstinli müxbir öldürülüb. Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) dekabrın əvvəlində açıqladığı ayrıca hesabatda Fələstinin son bir ildə jurnalistlər üçün dünyanın ən ölümcül yeri olduğu təxmin edilir.

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az/

 

reklamlar

Digər xəbərlər