2024: Avropa Parlamentinin ən yadda qalan 10 anı

2024: Avropa Parlamentinin ən yadda qalan 10 anı
Dünya 27 Dekabr 2024 - 10:43


 

Təbiətin mühafizəsi və immiqrasiya ilə bağlı həlledici səslər, güclü çıxışlar və şiddətli müzakirələr: başa çatmaqda olan il Avropa yarımkürəsində dramatik və sarsıntılarla yadda qaldı.

2024-cü il Avropa Parlamenti üçün iyul seçkiləri ilə sarsılan dəyişiklik ili oldu.

Tərkibini və qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişdirən səsvermədən başqa, bu ildən yadda qalan bəzi məqamlar var.

2025-ci ilin başlanğıcı Almaniyadan Fransaya, Polşa və İspaniyaya kimi Avropada kütləvi fermer etirazları ilə yadda qaldı.

Onlar xüsusilə Merkosur ölkələri ilə Aİ-nin ticarət sazişini - o zaman danışıqlar hələ də davam edirdi - və aqro-ərzaq sektoruna təsir edən müəyyən Avropa ekoloji siyasətlərini hədəf aldılar.

Fevralın 1-də bir neçə ölkədən min fermer Brüsselə gəldi. Onlar traktorları ilə gecə yürüşündən sonra bütün gün Avropa Parlamentinin qarşısındakı meydanı zəbt edib, ot yandırıb, peyin səpərək meydana ziyan vurublar.

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az/

 

reklamlar

Digər xəbərlər