2024-cü ildə İspaniyaya çatmağa çalışan 10 mindən çox miqrant dənizdə həlak olub (QHT)

2024-cü ildə İspaniyaya çatmağa çalışan 10 mindən çox miqrant dənizdə həlak olub (QHT)
Dünya 27 Dekabr 2024 - 11:00


 

İspan miqrant hüquqları təşkilatı Caminando Fronteras, 2024-cü ildə İspaniyaya çatmağa çalışan 10 457 miqrantın dənizdə öldüyünü və bu, keçən illə müqayisədə ölümlərin 58% artdığını söylədi.

 

İspan miqrant hüquqları assosiasiyası Caminando Fronteras (Sərhədlərdə Gəzinti) tərəfindən cümə axşamı dərc edilən hesabata görə, 2024-cü ildə 10,000-dən çox miqrant dəniz yolu ilə İspaniyaya çatmağa çalışarkən həlak olub.

 

Caminando Fronteras tərəfindən 15 dekabr 2024-cü ilə qədər bildirilən 10.457 ölümün böyük əksəriyyəti, dünyada ən təhlükəli hesab edilən Atlantik marşrutu adlanan yolda baş verib. Qrup, Aralıq dənizi marşrutları ilə İspaniyaya çatmağa çalışan insanlar arasında 700 nəfərin öldüyünü bildirdi.

 

Atlantik marşrutunda on minlərlə insan Mavritaniya kimi Qərbi Afrika ölkələrinin sahillərini tərk edərək Afrika sahillərinə yaxın yerləşən və daha çox kontinental Avropaya giriş qapısı kimi istifadə edilən Kanar adalarına, İspaniya arxipelaqına səyahət edir.

 

Hesabatda ölənlərin ümumi sayının əvvəlki illə müqayisədə 58% artım olduğu bildirilir.

Caminando Fronteras öz məlumatlarını miqrant ailələrin hekayələri və xilas edilənlərlə bağlı rəsmi statistika əsasında tərtib edir. Hesabatda ilin ən ölümcül aylarının aprel və may ayları olmaqla, 1538 uşaq və 421 qadın olduğu vurğulanır.

 

Qrup həmçinin 2024-cü ildə Mavritaniyanı tərk edən qayıqların sayının "kəskin artımını" vurğuladı və ölkə Kanar adalarına gedən miqrantlar üçün əsas gediş nöqtəsinə çevrildi.

 

Fevral ayında İspaniya insan alveri ilə mübarizə və qayıqların getməsinin qarşısını almaq üçün Mavritaniyaya 210 milyon avro yardım vəd etmişdi.

 

 

İspaniya Daxili İşlər Nazirliyi bildirir ki, bu il dekabrın 15-nə ölkəyə dəniz yolu ilə 57,700-dən çox miqrant gəlib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir. Onların böyük əksəriyyəti Atlantik marşrutunu tutublar. .

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az/

reklamlar

Digər xəbərlər