İsrail Səna hava limanını və Yəməndəki digər husi hədəflərini vurdu

İsrail Səna hava limanını və Yəməndəki digər husi hədəflərini vurdu
Dünya 27 Dekabr 2024 - 11:01

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru bildirib ki, partlayış o, Sənada təyyarəyə minməyə hazırlaşarkən baş verib və ekipaj üzvü yaralanıb.

 

İsrail ordusu İranın dəstəklədiyi qrupun İsrailə son həftələrdə intensivləşən raket və pilotsuz təyyarə hücumlarına cavab olaraq çərşənbə günü Yəməndəki husi hədəflərinə, o cümlədən paytaxt Sənadakı hava limanına qarşı hava hücumları təşkil etdiyini bildirib.

 

“Bu infrastruktur Husi terror rejimi tərəfindən İran silahlarının bölgəyə ötürülməsi və yüksək rütbəli İran rəsmilərinin ölkəyə daxil olmasına icazə vermək üçün istifadə edilib”, - deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

 

Baş nazir Benyamin Netanyahu, müdafiə naziri İsrael Katz və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi zərbələri təsdiqləyiblər, İsrail ordusu əlavə edib.

 

 

İsrailin zərbələri Yəməndən atılan bir raketin çərşənbə günü səhər saatlarında İsrailin mərkəzində hava xəbərdarlığı sirenlərini işə salmasından və milyonlarla sakinin ardıcıl ikinci gecə sığınacaq tapmasından sonra baş verib.

 

Ordu raketin İsrail ərazisinə daxil olmamışdan əvvəl ələ keçirildiyini bildirsə də, polisin bildirdiyinə görə, ələ keçirmə qəlpələri bir neçə şəhərə düşüb. Xəsarət alanlar barədə məlumat verilməyib.

 

Bu, bir həftə ərzində dördüncü dəfədir ki, Yəməndəki husi üsyançılarının atəşi İsraildə sirenləri işə salır. Şənbə günü İsrailin hava hücumundan müdafiə sistemi onun qarşısını ala bilmədiyi üçün raketin Təl-Əvivdə uşaq meydançasına düşməsi nəticəsində 16 nəfər yaralanıb.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az/

reklamlar

Digər xəbərlər