İş otağımda əyləşib, vacib işlərlə məşğul
idim. Birdən mobil telefonum zəng çaldı. Oğlum idi.
–
Hə
balası, eşidirəm – dedim.
–
Ata,
təcili evə gəl!
İstədim
deyəm ki, niyə? Telefon susdu. Bilirdim ki, uşaq mənimlə bu tonda danışmaz. Yenə
şətəl arvatdan keçmiş olacaq. Görəsən indi nə qaynadıb – deyə düşündüm. Evə çatıb,
qapını açanda gördüm arvad mizin arxasında oturur, ağzı da dəsmalla bağlı.
Dedim:
–
Az,
nə oldu yenə?
Arvadın
yerinə oğlum cavab verdi:
–
Ata,
anamın dili qırılıb.
–
Kiri, a bala, kiri. Özünüzə güldürməyin, dil də qırılarmı? – dedim və arvadın
gözünün içinə baxdım. O, gözünü bərəldib, başı ilə təstiqlədi ki, uşaq düz
deyir. Yarım saat keçməmiş arvadın varı-yoxu tökülüb gəldi. Anası şişman
qarnını qabağa verib, bir əlinin barmaqlarını çənəmin altına dirədi:
–
Neyləmisən
ə, qızıma?
Oğlum
məni xilas elədi:
– Nənə,
nənə, atamın heç bir günahı yoxdur. Məni söyürdü. “Səni görüm yetim
qalasan! deyəndə, qəflətən dili qırıldı,
ağzı yumulu qaldı.
Uşaq
bu sözləri vaxtında deməsəydi, zalım balaları yığılıb, məni yeddi yerə böləcəydilər.
Sakitləşib,
mizin ətrafında cərgələnib, oturaraq susdular. Sükutu yenə qaynanam pozdu:
–
Niyə
durmusan?! Qızımı təcili həkimə apar. Görək, dərdi nədir. Dili nədən qırılıb?
Naəlac
qalıb, olub-qopan pulumu qoydum cibimə,
arvadı taksiyə mindirib xəstəxanaya apardım. Qəbul etmədilər. Apardım o birisinə,
orada da razılaşmadılar. İstər dövlət, istər özəl, hara apardımsa, elə bil
arvadın bəxti bağlanmış, dili başına bəla olmuşdu. Ümidim gələn axırıncı xəstəxanaya
gedəndə yaşlı bir həkim məndən soruşdu:
–
Qardaş
oğlu, təhsilin nədir?
Dedim
Universitet bitirmişəm.
– Bəs
sən bilmirsən, bizim ölkədə hər xəstəliyin həkimi var, amma dil üzrə mütəxəssis
yoxdur? Öz-özümə düşündüm. Doğurdan ey, görəsən dil həkimi niyə yoxdur? Həkim gördü ki, huşa gedib, özümü öldürürəm,
gülümsəyib, dedi:
–
Bir aydan sonra xarici ölkədən bir həkim gələcək. Məncə, onun dildən başı
çıxmalıdır. Bir aydan sonra sizi gözləyəcəyəm.
Məyus
halda evə qayıtsaq da, ümidimizi qırmadıq, gözləməli olduq. Düşündüm ki, arvad
cəhənnəm, anası axırımıza çıxacaq.
Bəli,
bir ay da gəlib keçdi. Əvvəlki kimi yenə taksiyə oturub, getdik həmin həkimin
yanına. Bizi görüb, güldü:
– Bəxtiniz
varmış, həkim gəlib. Xəzinəyə iki yüz manat köçürün, gedək qəbuluna. Pullari
köçürüb, qəbula girdik.
Həkimin
əlli yaşı olardı. Saçlarına dən düşmüşdü. Bəlkə də, mənimlə yaşıd idi. Bizə
oturmaq üçün yer göstərdi:
–
Hə
eşidirəm, şikayətiniz nədəndi?
–
Arvadımın dili qırılıb, – dedim. Həkimin sir-sifəti turşudu, qaşları çatıldı,
ciddi görkəm aldı. Doğrusu, qorxdum: Yoxsa zalımın balası sağalmaz xəstəliyə
tutuldu, nədi, deyə düşündüm. Arvad ağzı bağlı olsa da, eşidir, görürdü və
arada gözünü mənə bərəldirdi.
Həkim:
–
Arvadınızın
dili uzundur?
Dedim:
–
Dörd
metrəlik şalbandan uzun.
–
Dili
acıdır?
–
Oy,
bibər onun yanında şokoladdır.
–
Dili
çalır?
–
Əfi
ilan ona çatmaz.
–
Nəslində
dil xəstəsi var?
–
Əlbəttə,
anası!
–
Dilotu
yeməyib ki?
–
Gicitkanı
çox sevir.
–
Bəlkə,
dili yanıb?
–
Yanmaz
od ondan qorxur.
–
Ulayır?
–
Eşşək
balası kimi çırpanda.
Uzun
sorğu-sualdan sonra həkim yerindən qaxıb, mənə baxdı:
–
Aç
qadının ağzının sarğısını. İkiqat bağlanmış sarğını açdım.
Sonra
üzünü arvadıma tutub:
–
Aç
ağzını – dedi.
Allah
sən saxla. Arvad ağzını açanda, nə görsəm yaxşıdır? Arvadın dili tən ortadan
üst tərəfdən yarılıb.
Həkim:
–
Yaxşı
ki, qırılan yerdən qopmayıb, hələ ümid var, – dedi.
Keçib
oturduğu mizin siyirməsindən bir ədəd həb götürdü və gətirib dilin çat olan
yerinə qoydu və yenidən sarıdı.
–
Aparın
bir aydan sonra açarsınız. Hər şey yaxşı olacaq – dedi.
–
Allah
sizdən razı olsun, ay həkim. Mənim canımı qaynanamın əlindən qurtardınız.
Ürəyimdə
dedim:
–
Sən
öl, camaatın qabiliyyətinə bir bax!
Bir
ay işləyirəm, iki yüz manatı zorla alıram. Bu həkim bir saniyənin içində bu qədər
pula sahib oldu. Əgər arvadın dili bundan sonra uzanmasa, çalmasa, zəhər
olmasa, həkimə söz ola bilməz.
Yenə
taksiyə minib, evə qayıtdıq. İçəri girəndə bizi ilk qarşılayan qaynanam oldu:
–
Nə
oldu? – dedi.
–
Həkim
bir aya sağalacaq – dedi.
Arvad
da başı ilə deyilənləri təsdiq elədi.
Bax,
beləcə bir ay gözlədik. Elə ki ay tamam oldu, sarğını açdıq. Allah qələt eləyirəm!
Arvad başladı heyvan dilində danışmağa. Gah it kimi hürdü, gah eşşək kimi
anqırdı, gah da əfi ilan kimi fışqırdı.
Qorxudan
bilmədim neyləyim. Nə təhər oldu, bu zalımın qızı adamlıqdan çıxdı?! Xaricdən gələn
həkim də vaxtı tamam olduğundan, çıxıb öz ölkəsinə getmişdi. Başıma bir qapaz saldım.
Oturub öz-özümə dedim:
–
Allah
amandı, yoxsa arvadı yanına apardığım baytar imiş?
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az