!["Sputnik anı" ilə müqayisə edilir, amma bu nə deməkdir?](https://zekainfo.az/storage/news/2025/02/05/45jpg_1738756681-thumb.jpg)
Sammit Ukraynanın əsas dəstəkçisi olan Polşanın Avropa İttifaqında
dönəmli sədrliyinə başladığı vaxta təsadüf edir.
Polşa, Fransa, İtaliya, Almaniya və Böyük Britaniya müdafiə nazirləri
bazar ertəsi Varşavada Ukraynaya hərbi yardım və Rusiya təhlükəsi qarşısında
Avropanın təhlükəsizliyini müzakirə etmək üçün bir araya gəlib.
Aİ və Böyük Britaniyanın yüksək səviyyəli hərbi rəislərinin görüşü
Polşanın yanvarın 1-də Aİ-yə sədrlik etməyə başladığı vaxta təsadüf edir.
Fransanın müdafiə naziri Sebastien Lecornu Varşavaya getməzdən əvvəl
yenidən silahlanmanın “hərbi məsələdən kənara çıxdığını” deyib və bunu ölkənin
suverenliyi üçün qlobal məsələ adlandırıb.
Polşanın müdafiə naziri Wladislaw Kosiniak-Kamysz deyib: “Təhlükəsizlik
xərclərindən daha vacib məsələ yoxdur”.
“Bu, güclü Avropanın üç əsas sütunundan biridir: güclü cəmiyyət, yəni
hibrid müharibəyə müqavimətimiz, güclü ordu, güclü milli ordular və
ittifaqımızın gücü”.
Polşa alyansın şərq sərhədində NATO-nun əsas üzvüdür və həm müdafiə,
həm də humanitar yardım baxımından Ukraynanın ən sadiq müttəfiqlərindən biri
olaraq qalır, xüsusən də coğrafi mövqeyi onun Ukrayna cəbhə xəttinə tədarükləri
tez bir zamanda çatdırmağa imkan verdiyini nəzərə alsaq.
Varşava 2025-ci ildə ÜDM-in 4,7%-ni müdafiəyə xərcləməyi
planlaşdırır, çünki Donald Trampın qarşıdan gələn andiçmə mərasimi ABŞ-ın Kiyevə
yardımının kəsilməsi qorxusunu artırır.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az