Şedevr zibil qabına düşə bilərdi. Minnesota
qarajında 50 dollara alınan rəsm əsl Vinsent Van Qoq ola bilər.
Elimar adlı rəsm
Amerikanın LMI şirkəti tərəfindən araşdırılıb və onun 15 milyona qədər qiyməti
ola bilər.
Doğrulama dörd il
çəkdi və ənənəvi üsullara riayət etmədi. Wall Street Journal-ın yazdığına görə,
kuratorlar kimyaçılarla işləmiş və 50 dollarlıq rəsm əsərini holland ustaya aid
etmək üçün data elminə istinad etmişlər.
30.000 dollardan çox
başa gələcək bu analizin identifikasiya baxımından istinad olan Amsterdamdakı
Vinsent Van Qoq Muzeyi tərəfindən təsdiq edilib-edilməyəcəyini görmək qalır.
Hollandiya institutu 2018-ci ildə Elimar haqqında klassik araşdırmaya başlamış
və bir il sonra "üslubi xüsusiyyətlərinə görə" əsərin məşhur rəssama
aid edilə bilməyəcəyi qənaətinə gəlmişdi.
Doğruluğuna əmin olan
LMI qrupu, onun təhlilinin Vinsent Van Qoq Muzeyini öz nəticələrini nəzərdən
keçirməyə vadar edəcəyinə ümid edir. Sonuncu hələlik mövzu ilə bağlı şərh
verməyib.
Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az