Bu dağ yalnız özünə
məxsusdur. Yeni Zelandiya parlamenti 30 Yanvar Cümə axşamı günü rəsmi olaraq
Tarakani dağının Britaniya müstəmləkəçiliyi zamanı ona verilmiş orijinal adını
geri qaytararaq hüquqi şəxs kimi tanınması üçün səs verib. Maori əhalisinə
dəymiş ziyanı aradan qaldırmaq məqsədi daşıyan jest.
Tarakani dağı 2518
metrə qədər yüksələn sönmüş vulkandır. Yerli xalqlar tərəfindən müqəddəs
sayılan o, müstəmləkəçilik dövründə Eqmont dağı adlandırıldı və ətraf
torpaqlarla birlikdə tacın hakimiyyəti altında yerləşdirildi.
İndi keçmişdə qalan
bir status. Yeni Zelandiyanın RNZ saytına görə, park bütövlükdə indi Te
Papa-Kura-o-Taranaki, "Taranaki'nin yüksək qiymətləndirilən və qiymətli
Torpaqları" kimi tanınacaq.
Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az