Belçika hava məkanı qısa müddətə bağlandıqdan sonra yenidən açılır

Belçika hava məkanı qısa müddətə bağlandıqdan sonra yenidən açılır
Dünya 04 Fevral 2025 - 15:00

Bu cümə axşamı ölkənin əsas hava limanlarında hava hərəkətinə nəzarət sisteminə təsir edən texniki problem səbəbindən bir saatdan çox müddətə hava hərəkəti dayandırılıb.

 

Belçikada hava hərəkəti normallaşıb. Skeyes şirkəti tərəfindən idarə olunan hava hərəkətinə nəzarət kompüter sisteminə təsir edən texniki problemə görə cümə axşamı Belçika hava məkanı qısa müddətə bağlanıb.

 

Bir saatdan çox müddət ərzində heç bir təyyarə ölkənin əsas hava limanlarından qalxa və ya enə bilməyib.

 

Təyyarələr qonşu ölkələrə yönləndirilib

Brüssel Hava Limanının sözçüsü İhsane Chioua Lekhli, "Hava hərəkəti dispetçerindəki texniki problemə görə, bu gün günorta saat 12-dən sonra Belçikada hava hərəkəti müvəqqəti olaraq dayandırıldı və yavaş-yavaş bərpa olunur" dedi.

"Bizim üçün təsir odur ki, bəzi reyslər 20 dəqiqədən bir saata qədər təxirə salınıb və iki reys Lill hava limanına yönləndirilib. Sərnişinlərimizə məlumat verəcəyik və vəziyyət getdikcə stabilləşir". o davam etdi.

 

Skeyes tərəfindən idarə olunan Belçika hava məkanında uçan bütün təyyarələr ehtiyat sistemdən istifadə etməklə qonşu ölkələrə yönləndirilib.

 

Belçikanın ən böyük hava limanı olan Brüssel Hava Limanı hələ də bəzi gecikmələrin ola biləcəyini deyir və sərnişinlərə yeniliklər üçün hava yolları ilə əlaqə saxlamağı tövsiyə edir.

 

 

Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az

reklamlar

Digər xəbərlər