İsrail HƏMAS-ın azad
edəcəyi üç girovun siyahısını alıb: Ofer Kalderon, Keyt Siqel və Yarden Bibas.
İsrailin baş naziri
Benyamin Netanyahunun ofisi cümə günü səhər bildirib ki, İsrail şənbə günü azad
ediləcək Həmas-ın üç girovunun siyahısını alıb.
İsrail rəsmilərinə
görə, onlar Ofer Kalderon, Keyt Sigel və Yarden Bibasdır.
54 yaşlı fransız əsilli
İsrailli Ofer Kalderon və onun iki uşağı Erez və Sahar oktyabrın 7-də Kibbutz
Nir Ozdan qaçırılıb. Sonuncular sonuncu atəşkəs zamanı azad ediliblər.
Şimali Karolinadan
olan ABŞ vətəndaşı, 65 yaşlı Keyt Sigel Kibbutz Kfar Azadan olan həyat yoldaşı
Aviva ilə birlikdə əsir götürülüb. Sonuncu 2023-cü ilin noyabrında buraxıldı.
35 yaşlı Yarden Bibas
həyat yoldaşı və uşaqları Şiri, Ariel və Kfir ilə birlikdə Kibbutz Nir Ozdan
qaçırılıb, lakin onlardan ayrılıb. Həmas Şiri və iki oğlanın əsirlikdə
öldürüldüyünü iddia edib. İsrail onların ölümünü rəsmən təsdiqləməyib, lakin
onların taleyi ilə bağlı "ciddi narahatlığını" ifadə edib. Yardenin
özü qaçırılarkən yaralanıb.
İsrail rəsmiləri ailələrin
məlumatlandırıldığını və İsrailin HƏMAS siyahısını qəbul etdiyini bildirib.
Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az