Avropa avtomobil sənayesində 250-dən çox istehsal vahidində 13 milyon
insan çalışır. Hər il 15 milyon avtomobil istehsal olunur və bu sektor Avropa
ÜDM-nin 7%-ni təşkil edir.
Yüksək enerji qiymətləri, şərqdən gələn ucuz rəqabət,
elektromobillərə keçidin dəyəri və bununla əlaqədar ixtisarlar Avropanın
avtomobil sektoruna zərbə vurur. Qeyri-müəyyənliyə əlavə olaraq, yeni Trump
administrasiyası tariflər tətbiq etməklə hədələyir.
Bu vəziyyətdə Avropa Komissiyası avtomobil sənayesində əsas Avropa
oyunçuları ilə dialoqa çağırır.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen üçün əsas sual
şirkətlərimizin hələ də innovasiya etmək üçün nəyin çatışmadığını bilməkdir.
ACEA-nın (Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının) baş direktoru
Siqrid de Vriesdən soruşduq:
Avropa avtomobil sənayesində 250-dən çox istehsal vahidində 13 milyon
insan çalışır. Hər il 15 milyon avtomobil istehsal olunur və bu sektor Avropa
ÜDM-nin 7%-ni təşkil edir. Avropa Komissiyası gələn ilin martında fəaliyyət
planını təqdim edəcək.
Aİ-nin 2035-ci ilə qədər motorlu nəqliyyat vasitələrinin istehsalını
məhdudlaşdırmaq öhdəliyini yerinə yetirə biləcəyi sualı qaçılmazdır.
Həmçinin müzakirələrin mərkəzində Çində istehsal olunan
elektromobillərə tətbiq edilən gömrük rüsumları avtomobil istehsalçılarını
bölən və onlara təsir edən rüsumlardır.
Üstəlik, bu, sadəcə texniki debat deyil: 27 hökumət və Avropa
Parlamenti ortaq mövqeyə gəlməlidir.
Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az