Yüksək texnologiyalı iş yerləri: Bu bölgələr AB-də ən çox qadını işə götürən bölgələrdir

Yüksək texnologiyalı iş yerləri: Bu bölgələr AB-də ən çox qadını işə götürən bölgələrdir
İqtisadiyyat 30 Yanvar 2025 - 10:35


 

 

 

Avropa İttifaqı daxilində iki Macarıstan bölgəsi və bir İtaliya bölgəsi yüksək texnologiya sektorunda qadınların məşğulluğuna görə liderlik edir.

 

Yüksək texnologiyalı mütəxəssislər Aİ işçi qüvvəsinin 5,2%-ni və ya 10 milyondan çox insanı təmsil edir.

 

Bununla belə, bu sektorda gender təmsilçiliyi qeyri-bərabər olaraq qalır.

 

2023-cü ildə qadınlar yüksək texnologiyalı işlərin üçdə birindən azını (32,2%) təşkil edirdi ki, bu da 2022-ci ildən (-0,6%) bir qədər azalmadır.

 

Eurostatın məlumatına görə, Avropada qadınların kişilərdən çox olduğu yalnız bir yer var (50,2%), o da Macarıstanın Nyuqat-Dunantul bölgəsidir.

 

İtaliyanın Marche bölgəsi (48,6%) və Macarıstanın digər bölgəsi Észak-Magyarország (48,1%) qadınların məşğulluq səviyyəsinin ən yüksək olduğu digər bölgələrdir.

 

Bütün Avropa regionları arasında ən aşağı qadınlaşma dərəcəsi Thessalidə (Yunanıstan) qeydə alınıb (8,3%).

 

 

Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az

 

reklamlar

Digər xəbərlər