İçərisində 102 ton yanacaq olan Kipr yük gəmisi Toskana sahillərində quruyub

İçərisində 102 ton yanacaq olan Kipr yük gəmisi Toskana sahillərində quruyub
Dünya 04 Fevral 2025 - 14:15


 

 

13 ekipaj üzvünün hamısı təhlükəsiz olsa da, içərisində 102 ton yanacaq olan gəminin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar davam edir.

 

Qranul daşlar daşıyan Kipr bayrağı altında yük gəmisi olan "Guang Rong" əlverişsiz hava şəraiti səbəbindən çərşənbə axşamı axşam saatlarında Toskana sahillərində quruya çırpılıb. Qabarmanın gücü gəminin Marina di Massa körpüsünə doğru sürüklənməsinə səbəb olub.

 

13 ekipaj üzvünün hamısı sağ-salamatdır və hamısı xilas edilib.

 

Tərkibindəki 102 ton yanacağın dənizə sıçramasının qarşısının alınması prioritet olaraq uzunluğu 100 metrdən çox olan yük gəmisinin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar hələ də davam edir.

 

Təhlükəsizlik və təmizləmə əməliyyatlarının vaxtı qeyri-müəyyəndir. Dalğıclar zərəri qiymətləndirmək və yanacaq çənlərinə çatmaq üçün Guang Rong-un gövdəsini araşdırırlar.

 

Bələdiyyə sədri Françesko Persiani bildirib ki, gəminin çənlərindən təcili yanacağın sorulmasından sonra gəminin yükünü, təxminən doqquz min ton iri çınqıl daşını çıxarmaq lazım gələcək.

 

 

Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az

reklamlar

Digər xəbərlər