Zoran Milanoviçin yenidən prezident seçilməsindən sonra Xorvatiyada qarışıq reaksiyalar   

Zoran Milanoviçin yenidən prezident seçilməsindən sonra Xorvatiyada qarışıq reaksiyalar   
Dünya 14 Yanvar 2025 - 09:33


 

 

Zoran Milanoviçin prezident seçkilərində inamlı qələbəsindən sonra bəzi xorvatlar nəticəni Andrey Plenkoviç hökumətinə etiraz səsi kimi qiymətləndirirlər.

 

Xorvatiya prezidenti Zoran Milanoviç bazar günü 1,1 milyon səs qazanaraq, hakim Xorvatiya Demokratik İttifaqı (HDZ) partiyasının dəstəklədiyi rəqibi Draqan Primoraçdan təxminən 4 dəfə çox səs toplayaraq yenidən seçildi.

 

Amma Zaqreb küçələrində xorvatların reaksiyaları daha qarışıqdır.

 

"Düşünürəm ki, biz Milanoviçin lehinə yox, hakim HDZ partiyasının əleyhinə səs verdik", - Zaqreb sakini Jadranka Kuhar deyir. "Hər halda, bu, yaxşı nəticədir, mən bundan razıyam. Məncə, o, baş nazirin qarşısında dayanıb bir iş görəcək qədər dəlidir".

 

"Bəli, mən bu səhər o, hökümətlə birlikdə balta torpağa basdıracağını deyərkən onun ifadəsini dinlədim. Əgər belə olsa, bu, əla olar", - həm də Xorvatiya sakini olan Mato Siçek deyib. "Ancaq o, bir gecədə fikrini dəyişə və sabah tamamilə fərqli bir şey deyə bilər."

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

 

 

reklamlar

Digər xəbərlər