Bu məqalə əvvəlcə ingilis dilində dərc edilmişdir
2024-cü ilin noyabrında Aİ-də işsizlik səviyyəsi sabit qalsa da,
qadınlar kişilərdən daha çox təsirlənib. Ən çox işsiz İspaniya, Fransa və
Almaniyada qeydə alınıb.
Aİ-də işsizlik səviyyəsi 2024-cü ilin noyabrında 5,9% təşkil edib,
2023-cü ilin noyabrında olan 6,1%-dən aşağı.
Aİ-nin statistika idarəsi Eurostatın son rəqəmlərinə görə, 2024-cü
ilin sonuna qədər Birlikdə təxminən 13 milyon insan işsiz idi.
İspaniyada işsizlərin sayı ən çox olub, 2,74 milyon insan. Sonrakı
yerdə 2,43 milyon ilə Fransa, 1,52 milyon işsiz isə Almaniyadır.
2024-cü ilin noyabr ayına olan məlumata görə, qadınlar arasında
işsizlik nisbəti kişilərə nisbətən daha yüksək olaraq, müvafiq olaraq 6,1% və
5,7% səviyyəsində qalıb.
Gənclər arasında işsizlik artım tendensiyası nümayiş etdirir.
2024-cü ilin noyabr ayında Aİ-də 25 yaşa qədər 3 milyondan çox insan
işsiz idi. Beləliklə, gənclər arasında işsizlik nisbəti 2024-cü ilin
oktyabrında qeydə alınan 15,2 faizlə müqayisədə cüzi artımla 15,3%-ə çatıb.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az