Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib
Dünya 14 Yanvar 2025 - 10:00


 

 

 

Bazar ertəsi ölkənin cənub-qərbində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

 

Yaponiyanın cənub-qərbində 6,9 bal gücündə zəlzələ baş verib, sonra 6,8-ə endirilib, ölkənin meteorologiya agentliyi bildirib.

 

Agentlik əlavə edib ki, zəlzələ Fransa vaxtı ilə saat 15:19-da baş verib.

 

Zəlzələnin episentri olan Kyuşu adasındakı Miyazaki prefekturasına, həmçinin Şikoku adasının yaxınlığındakı Koçi prefekturasına sunami xəbərdarlığı edilib.

 

Bəzi sahilyanı ərazilərdə sakinlərdən ehtiyat tədbiri olaraq evlərini boşaltmaları istənilib, bəzi qatarların hərəkəti dayandırılıb.

Dərhal dağıntı barədə məlumat verilməyib.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

reklamlar

Digər xəbərlər