Meta işçi qüvvəsinin 5%-ni ixtisar edərək “aşağı performans göstərənləri” hədəfləyir

Meta işçi qüvvəsinin 5%-ni ixtisar edərək “aşağı performans göstərənləri” hədəfləyir
İqtisadiyyat 16 Yanvar 2025 - 15:11


 

 

Meta fevral ayında 3600-ə yaxın iş yerini ixtisar etməyi planlaşdırır. İxtisarlar performansa əsaslanacaq, çünki 2025-ci il “intensiv il” olacaq.

 

Meta, daxili memoya görə, "intensiv bir il" olaraq xarakterizə etdiyi müddətdə "aşağı performans göstərən" işçiləri aradan qaldırmaq üçün işçi qüvvəsinin təxminən 5% -ni ixtisar etməyi planlaşdırır. Meta səhmləri bu xəbərdən sonra çərşənbə axşamı günü 2,3% ucuzlaşıb.

 

Üçüncü rüb üzrə qazanc hesabatına görə, Meta bütün dünyada təxminən 72,404 nəfəri işləyir, yəni ixtisarlar 3,600 işçiyə təsir edə bilər.

 

Memorandumda deyilir ki, təsirlənən işçilər son işdən çıxarılanlara bənzər "səxavətli işdən çıxma paketləri" alacaqlar. ABŞ-da fəaliyyət göstərən işçilər fevralın 10-da, digərləri isə daha sonra məlumatlandırılacaq.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

reklamlar

Digər xəbərlər