Hökumət dövlətə qarşı cinayət törədən ikili vətəndaşları
İsveç vətəndaşlığından məhrum etmək üçün konstitusiyaya dəyişiklik etmək istəyir.
İsveç pasportlarını saxta yolla əldə edən və ya
milli təhlükəsizliyi təhdid edən cinayətlər törədən ikili vətəndaşları vətəndaşlıqdan
məhrum etmək üçün konstitusiyasına dəyişiklik etməyi düşünür.
Təkliflər partiyalararası komitə tərəfindən irəli
sürülüb və 2026-cı ilin iyununda qüvvəyə minən dəyişikliklərlə gələn il
parlamentdə səsə qoyulacaq.
İsveç konstitusiyası hazırda vətəndaşlığın ləğvinə
icazə vermir.
Ədliyyə naziri Qunnar Strömmer mətbuat konfransında
deyib: "İsveç daxili təhlükəsizliyi üçün üç çox ciddi paralel təhdidlə
üz-üzədir". "Şiddətli ekstremizm, İsveçə qarşı düşmənçilik edən dövlət
aktyorları və sistemli və mütəşəkkil cinayət."
Miqrasiya naziri Johan Forssell yerli mətbuata
bildirib ki, keçən il İsveç vətəndaşlığı üçün müraciət edən 600-ə yaxın adam təhlükəsizlik
təhdidləri hesab olunur.
Hökumət həmçinin ikili milli cinayətkar dəstə üzvlərinin
vətəndaşlıqdan məhrum edilməsini istəmişdi, lakin parlament komitəsi bu təklifi
rədd etdi.
Bu həftənin əvvəlində hökumət elan etdi ki, İsveç vətəndaşlığı
almaq istəyən mühacirlər müraciət etməzdən əvvəl ölkədə beş il deyil, səkkiz il
yaşamalı olacaqlar.
Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az