Bred Pitt süni intellekt tərəfindən yaradılan görüntülərlə aldadılan fransız qadına cavab verib

Bred Pitt süni intellekt tərəfindən yaradılan görüntülərlə aldadılan fransız qadına cavab verib
Şou biznes 17 Yanvar 2025 - 15:25


 

"Fırıldaqçıların pərəstişkarları və məşhurlar arasındakı möhkəm bağdan istifadə etməsi dəhşətlidir", - amerikalı aktyorun nümayəndələrinin bəyanatında deyilir.

 

Bred Pitt özünü Hollivud ulduzu kimi təqdim edən fırıldaqçılar tərəfindən fransız qadının 830 min avronu aldatmasından sonra danışıb.

 

Qurban TF1-də Sept à Huit şousunda əmanətlərinin çoxunu aktyorun "xərçəng müalicəsi" üçün ödəniş olduğuna inandığı şeyə xərclədiyini açıqladı.

 

Bu 53 yaşlı interyer dizayneri ona mesajlar və Brad Pitt-in süni intellekt tərəfindən yaradılan saxta fotolarını göndərən fırıldaqçı tərəfindən aldadılıb.

 

“Bu, mənə çox baha başa gəldi, amma düşünürdüm ki, bir insanın həyatını xilas edə bilərəm”, - fırıldaq qurbanı deyib.

Yalnız 2024-cü ilin yayında Anna kino ulduzunun yeni sevgilisi İnes de Ramon ilə internetdə çəkilmiş fotolarını gördükdən sonra saxtakarlığı anladı.

 

"Görəsən, niyə belə bir zərər vermək üçün məni seçdilər" dedi TF1. "Mən heç kimi incitməmişəm. Bu insanlar cəhənnəmə layiqdirlər".

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

 

reklamlar

Digər xəbərlər