Fırıldaqçılar fransız qadını süni intellekt tərəfindən yaradılan
saxta Bred Pittlə görüşdüyünə inandıraraq 830 min avro pulunu aldadıblar.
Qurban o vaxtdan kiber zorakılığa məruz qalıb.
Bred Pittin iştirak etdiyi süni intellektlə yaradılmış fırıldaq
Fransada sensasiyaya səbəb olur.
Fransız interyer dizayneri Anna Hollivud aktyoru ilə münasibətdə
olduğuna və xərçəngin müalicəsi üçün pula ehtiyacı olduğuna inandırıldıqdan
sonra 830.000 avro pulunu aldadıblar.
Bu 53 yaşlı qadının hekayəsi TF1-də Sept à Huit şousunda yayımlandı
və burada özünü Bred Pitt kimi təqdim edən şəxslər tərəfindən aldadıldığını
açıqladı. Uğurlu fırıldaqçılıq yaratmaq üçün saxta sosial media və süni
intellektə əsaslanan şəkil yaratma texnologiyasından istifadə ediblər.
Bu epizodda Enn aktyorun anası Ceyn Etta Pitt olduğunu iddia edən
birindən onun oğlunun tam olaraq ehtiyac duyduğu qadın olduğunu bildirən bir
mesaj aldığını danışır.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az