Yaponiyada bu günəş balığının qarşısına qoyulan “saxta insanlar” onu sevindirməyi bacarıb

Yaponiyada bu günəş balığının qarşısına qoyulan “saxta insanlar” onu sevindirməyi bacarıb
Dünya 22 Yanvar 2025 - 15:21


 

 

Bu, tənhalığın öhdəsindən gəlməkdə çətinlik çəkən bir günəş balığının hekayəsidir. Bu cümlə uşaq kitabının ilki ola bilərdi, amma əslində Yaponiyada, ölkənin cənub-qərbində yerləşən Şimonoseki şəhərinin akvariumunda baş vermiş hadisədir. Akvarium bir neçə həftədir ki, təmir işləri ilə əlaqədar ziyarətçilərə qapalı olsa da, onun balıqlarından biri həyəcanlı davranmağa başlayıb.

Akvarium işçiləri günəş balığının sevimli yeməyi olan meduza yeməyini dayandırdığını müşahidə ediblər. Heyvan da bədənini tanka sürtməyə başlamışdı.

 

Baxıcılar əvvəlcə bunun parazitlər və ya həzm problemləri olduğunu düşündülər. Lakin onlardan biri tamamilə fərqli bir fərziyyə irəli sürdü: "Ola bilsin ki, ziyarətçilərin qəfil yoxluğu səbəbindən özünü tənha hiss edir, bu da onun səhhətində problemlər yarada bilər", - deyə o bildirib.

 

Və yaxşı bir səbəbə görə, günəş balığı çox ünsiyyətcil bir xarakterə malikdir, bu da növləri üçün olduqca nadirdir. İşçi heyvanın ziyarətçilər arasında "məşhur" olduğunu və hovuza yaxınlaşdıqda onlara tərəf üzəcəyini izah etdi.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

reklamlar

Digər xəbərlər