Dünyanın ən böyük şirkətlərindən bəziləri emissiyaları
gözlənildiyindən daha sürətlə, bəzən isə bütün ölkənin bir il ərzində istehsal
edə biləcəyi qədər azaldır. Bəs bu səylər öz investorlarına nə gətirir?
CDP-nin baş direktoru Sherry Madera, Euronews kanalının Hannah
Brown-a "The Big Question" verilişinin bu epizodunda bildirib ki,
dünyadakı bizneslərin ətraf mühitə təsirinin idarə edilməsi qlobal
iqtisadiyyata biznes imkanlarında trilyonlarla dollar gətirə bilər.
Qlobal iqlim və təbiət məlumatlarının açıqlanması platformasını idarə
edən qeyri-kommersiya xeyriyyə təşkilatı CDP Walmart və Apple kimi dünyanın ən
böyük şirkətləri ilə işləyir.
Sherry Madera müxtəlif proqnozlara istinad etdi, bəziləri şirkətlər
emissiyalarını effektiv şəkildə idarə etsələr, "qlobal ÜDM-in 2030-cu ilə
qədər 7% artacağını" göstərir.
Heç bir tədbir görülməsə, “dünyanın müxtəlif regionlarında növbəti 20
il ərzində ÜDM-in 20% azalması” riski var.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az