İsrail ordusunun Qəzzanın məskunlaşmış bölgələrindən çıxarılması
bazar günü minlərlə fələstinlinin evlərinə qayıtmasına imkan verib. Ancaq
çoxları yalnız xarabalıqları tapdılar.
İsrail və HƏMAS arasında atəşkəsin tezliklə qüvvəyə minməsindən sonra
bazar günü səhər Qəzzada başlayan bayram şənlikləri öz şəhərlərini xarabalıqlar
içində tapan minlərlə fələstinlini narahat etdi.
ABŞ, Misir və Qətərin bir illik intensiv vasitəçiliyindən sonra əldə
edilən üç fazalı razılaşma qısa bir gecikmədən sonra bazar günü qüvvəyə minib.
Birinci mərhələ İsrail ordusu qüvvələrinin əhalinin sıx məskunlaşdığı
ərazilərdən çıxarılmasını nəzərdə tutur və minlərlə məcburi köçkün
fələstinlinin evlərinə qayıtmasına imkan verir. Ancaq çoxları yalnız
xarabalıqları tapır.
İsrail ordusu ilə HƏMAS arasında on beş ay davam edən ən şiddətli
döyüşlər Qəzzanın böyük hissəsini xarabalığa çevirdi və bu, bazar günü Xan
Yunis şəhərinə qayıdan insanları qarşıladı.
İsrailin bombardmanları və quru əməliyyatları şəhərin bütün
məhəllələrini xarabalığa çevrilmiş çöl ərazisinə çevirib, qaralmış binalar və
hər tərəfə uzanan dağıntılar var.
Əsas yollar keçilməzdir və əsas su və elektrik infrastrukturu bərbad
vəziyyətdədir.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az