Alimlər Yaradılış Hekayənin Əsl Sübutunu Aşkardılar: Adəm və Həvva 200.000 il əvvəl Afrikada yaşamış ola bilər

Alimlər Yaradılış Hekayənin Əsl Sübutunu Aşkardılar: Adəm və Həvva 200.000 il əvvəl Afrikada yaşamış ola bilər
Cəmiyət 21 Yanvar 2025 - 15:47


 

 

Adəm və Həvvanın hekayəsi İbrahim dinlərinin müqəddəs kitablarında rast gəlinir və çoxları onunla tanışdır. Ənənəyə görə, Adəm və Həvva Yer kürəmizi gəzən ilk kişi və qadın idi.

 

Onların torpaqdan yaradıldığı və cənnətdə və ya Eden bağında yaşadıqları deyilirdi. Bu iki personaj bütün insanların eyni orijinal cütlükdən törədiyi inancında mərkəzi rol oynayır.

 

Bioloqlar və genetiklər bu inancı qeyri-real hesab etsələr də, artan dəlillər bu rəvayətin heç olmasa bir hissəsinin doğru ola biləcəyini göstərir.

 

Əslində, elm adamlarının bu gün yaşayan hər bir insanın adi bir qadından törədiyinə vicdanla inandıqlarını öyrənmək sizi təəccübləndirə bilər.

 

"Mitoxondrial Həvva" ləqəbli qadın, bütün müasir insanların DNT-sinin izlənilə biləcəyi ortaq əcdaddır. Bu ortaq əcdad, yalnız anadan uşağa keçən mitoxondrial DNT-nin mövcudluğu sayəsində müəyyən edilmişdir.

 

Bəs necə olur ki, bütün insanlar ümumi bir atadan törəyir?

Cavab olaraq demək lazımdır ki, zaman keçdikcə əksər genetik xətlər müxtəlif səbəblərdən yox olur. Bu o deməkdir ki, əgər kifayət qədər geriyə getsək, DNT-si bütün canlı insanlarda olan bir insanla qarşılaşırıq.

 

Ancaq dini inancların əksinə olaraq, bu qadın yer üzündə yeganə - ilk insan deyil, o dövrdə yaşayan çoxsaylı insanlardan yalnız biri idi.

 

Alimlər hesab edirlər ki, mitoxondrial Həvva təxminən 200.000 il əvvəl Afrikada yaşayıb.

 

Eynilə, elm adamları Həvvanın "Y xromosomu Adəm" adlı bir kişi qarşılığının da olduğunu aşkar etdilər. İbrahim dinlərinin müqəddəs kitablarında adı uyğun gələn bu adam ata tərəfdən bu gün yaşayan bütün insanların əcdadıdır.

 

Başqa sözlə desək, nəsil şəcərəsində yalnız ata xətti ilə keçmişə qayıtsaq, kişi bütün xətlərin yaxınlaşma nöqtəsindədir.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

reklamlar

Digər xəbərlər