Qəzzadan didərgin düşmüş fələstinlilərin bəziləri keçmiş
məhəllələrinə qayıtdılar, lakin dağıntıların miqyası apokaliptikdir.
Qəzza zolağının cənubundakı bəzi məcburi köçkün fələstinlilər İsrail
və HƏMAS ilə atəşkəs razılaşmasına nail olduqdan sonra təxminən 15 ay ərzində
ilk dəfə bombalanma və ya qorxu olmadan yatdıqlarını söyləyərək, bazar ertəsi
rahatlıq ifadə ediblər.
Qəzza və İsrail üzərində səma ilk dəfə olaraq sakit qaldı və
fələstinlilər müharibənin dağıdılmış anklavdan qaçdıqları evlərin qalanlarına
qayıtmağa başladılar.
Rafah şəhərindən məcburi köçkün olan Maisara Abu-Quş, "Dünən heç
bir döyüş təyyarəsi və ya başqa bir şey yox idi, ona görə də rahat yatdıq"
dedi.
Onlar geridə qalan yaxınlarını da yoxladılar və bir çox hallarda
ölülərini dəfn etməyə başladılar.
Çoxlu insan Xan Yunisdən Rəfaha qayıdarkən, orada böyük dağıntılar
aşkar etdilər.
İnsanlar dağıntılar arasından keçdilər, bəziləri piyada, bəziləri isə
eşşək arabalarına yığılmış əşyalarla.
"Biz bombardmandan bezmişik. Biz özümüzü alçaldılmış və köçkün
hiss etmişik" dedi.
Ailələrin geri qayıtması atəşkəs razılaşmasının döyüşləri müvəqqəti
dayandırmaqdan daha çox şey gətirəcəyi, anklavı kimin idarə edəcəyi və onun
necə yenidən qurulacağı ilə bağlı qeyri-müəyyənlik fonunda baş verir.
Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağının İsrailin blokadası
altında qalacağı təqdirdə yenidən qurulmasının 350 ildən çox çəkə biləcəyini
bildirib.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az