NATO-nun rəhbərlik etdiyi KFOR kimi tanınan beynəlxalq sülhməramlı
qüvvə də bildirib ki, onun 4300 nəfərlik qüvvəsinə seçkilər dövründə 200-dən
çox İtaliya əsgəri kömək edəcək.
Kosovoda fevralın 9-na təyin edilmiş parlament seçkilərini izləmək
üçün Avropa İttifaqı tərəfindən seçki müşahidə missiyası yaradılıb.
Missiyanın rəhbəri təyin edilmiş Avropa Parlamentinin fransalı üzvü
Nathalie Loiseau, "Aİ-nin Kosovoya demokratik idarəçiliyini gücləndirmək
üçün davamlı dəstəyini" vurğulayaraq, 100 nəfərlik müşahidəçi qrupu
seçkiləri izləyəcək.
Onun sözlərinə görə, parlamentdə 120 yer uğrunda 27 siyasi qrupun
mübarizə aparacağı seçki "Kosovonun siyasi mənzərəsinin çoxluğunu
vurğulayacaq".
Xaricdə qeydiyyatdan keçmiş 100 minə yaxın seçici artıq poçt
vasitəsilə səs verməyə başlayıb.
Serblər ölkənin 1,6 milyon əhalisinin təxminən 2,3 faizini təşkil
edir, 2024-cü il siyahıyaalınmasına görə, Serbiya ictimaiyyəti bu rəqəmi çox
aşağı qiymətləndirir.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az