İngiltərənin Sautport şəhərində Taylor Swift rəqs məclisində üç qızı
bıçaqlayaraq öldürən və onlarla insanı yaralayan britaniyalı yeniyetmə günahını
etiraf edib.
Hadisə 2024-cü ilin iyul ayının sonlarında, keçən ilin yayında
İngiltərənin Southport şəhərində Taylor Swift temalı rəqs dərsi zamanı baş
verib.
18 yaşlı Axel Rudakubana Liverpool Crown Məhkəməsindəki məhkəmə
prosesinin başlanğıcında sürpriz iddia ilə çıxış etdi. O, üç cinayətdə - 9
yaşlı Alice Dasilva Aguiarda, 7 yaşlı Elsi Dot Stankombda və 6 yaşlı Bebe
Kinqdə və on adam öldürməyə cəhddə günahını etiraf etdi.
Yaşı yeddi ilə 13 arasında olan digər səkkiz qız, həmçinin
yaxınlıqdakı bir işdə işləyən və müdaxilə edən təlimatçı Leanne Lucas və
Jonathan Hayes yaralanıb. Beş yaşlarında olan digər on beş qız sinifdə iştirak
edirdi, lakin xəsarət almayıb.
Rudakubana həmçinin zəhərli risin və Əl-Qaidə kitabçasının saxlanması
ilə bağlı digər ittihamları da boynuna alıb.
Məhkəmənin dörd həftə davam etməsi planlaşdırılırdı. Hakim bildirib
ki, cənab Rudakubana cümə axşamı günü hökm çıxarılarkən ömürlük həbs cəzası ilə
üzləşib.
Müdafiə vəkili Stenli Reiz Rudakubananın psixi sağlamlığı ilə bağlı
onun hökmünə təsir edə biləcək məlumatları hakimə təqdim edəcəyini bildirib.
Rudakubana məhkəmədə danışmaqdan imtina etdi və prosesin əvvəlində
özünü tanıtmaqdan yenə imtina etdi.
Prokurorlar küsməyə nəyin səbəb olduğunu düşünmürlər.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az