Aİ-nin xarici siyasət rəhbəri Aİ-nin müdafiəsinə daha çox xərc çəkməyə çağırır

Aİ-nin xarici siyasət rəhbəri Aİ-nin müdafiəsinə daha çox xərc çəkməyə çağırır
Dünya 23 Yanvar 2025 - 14:10


 

 

Kaja Kallas 27-ni xəbərdar edir: "Məktəblərimizə, səhiyyə sistemlərimizə və sosial müdafiəmizə milyardlar xərcləyirik. Amma müdafiəyə daha çox pul xərcləməsək, bütün bunlar risk altında olacaq."

 

Aİ-nin baş diplomatı Kaja Kallas çərşənbə günü deyib ki, Avropa İttifaqı müdafiə xərclərini artırmalı, "ən pisə hazırlaşmalı" və "zəruri hallarda təkbaşına" özünü müdafiə edə bilməlidir.

 

Kallas Avropa Müdafiə Agentliyinin Brüsseldə keçirilən illik konfransında deyib: “Bir çox milli kəşfiyyat orqanlarımız bizə deyir ki, Rusiya 3-5 il ərzində Aİ-nin özünü müdafiə etmək qabiliyyətini sınaya bilər”.

 

O vurğulayıb ki, Rusiya üç ayda 27 ölkənin birlikdə 12 ayda istehsal edə biləcəyindən daha çox silah və sursat istehsal edə bilər. “Prezident Tramp haqlıdır ki, biz kifayət qədər xərc çəkmirik”.

 

"Bizə üzv dövlətlərdən və özəl sektordan, həm də ümumi Avropa büdcəsindən investisiya lazımdır. Biz 1%-dən çox xərcləməliyik", - Aİ-nin baş diplomatı bildirib.

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

 

reklamlar

Digər xəbərlər