Hazırda seçkilərdə partiyası lider olan Mühafizəkarlar
gələn ay keçiriləcək federal seçkilər ərəfəsində immiqrasiya ilə bağlı mövqelərini
sərtləşdirirlər.
Almaniya Xristian Demokrat İttifaqının (CDU) lideri
Fridrix Merz gələn ay keçiriləcək federal seçkilərdə kansler olacağı təqdirdə qeyri-qanuni
mühacirətlə mübarizə aparacağını vəd edib.
Müxalifət partiyasının lideri cümə axşamı günü
müvafiq sənədləri olmayan şəxslərin Almaniyaya daxil olmasını qadağan edəcəyini
söylədi və deportasiyaları artıracağına söz verdi.
Bəyanat Bavariyanın Aschaffenburg şəhərində bir
uşaq da daxil olmaqla iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən
hücumdan bir gün sonraya təsadüf edir.
Həbs edilən şübhəli şəxs keçmiş sığınacaq axtaran şəxs
olub. O, yerli hakimiyyət orqanlarına tanış idi və artıq psixiatriya xəstəxanasına
yerləşdirilmişdi. Məlumata görə, o, bir aydan çox əvvəl ölkəni öz istəyi ilə tərk
edəcəyini bildirib.
Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az