NATO baş katibi müdafiə büdcəsini artırmağa çağırır

NATO baş katibi müdafiə büdcəsini artırmağa çağırır
Dünya 24 Yanvar 2025 - 11:24

 


 

 

NATO rəhbəri Mark Rutte Trampın müdafiə büdcələrini artırmaq ideyasını dəstəkləyib və Rusiyanın Ukraynada qələbəsinin NATO-nun etibarına xələl gətirəcəyi və xərcləri artıracağı barədə xəbərdarlıq edib.

 

NATO-nun baş katibi Mark Rutte Ukraynanın Qərb müttəfiqlərini Kiyevə əlavə dəstək verməyə çağırıb və bildirib ki, o, əvvəllər Alyansa üzv ölkələrin müdafiə büdcələrini ÜDM-in 2%-dən 5%-ə qədər artırmağı tələb edən ABŞ prezidenti Donald Trampla razılaşır.

 

Dünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantısında panel müzakirəsində danışan Rutte, Avropanın müdafiə büdcəsinin orta hesabla 2% olduğunu söyləyərək, "Bu, daha çox olmalıdır" dedi.

 

“Mən hesab edirəm ki, Donald Tramp haqlıdır ki, biz kifayət qədər xərcləməmişik”, - NATO rəhbəri deyib.

 

Mark Rutte həmçinin xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna üzərində qələbəsi alyansın etibarına xələl gətirəcək və müdafiə xərcləri trilyonlarla avroya çatacaq.

"Ukrayna uduzsa, NATO-nun qalan hissəsinə qarşı çəkindirmə gücünün bərpası xərclərimizi və sənaye istehsalımızı artırmaq baxımından hazırda düşündüyümüzdən qat-qat baha başa gələcək", - Rutte bildirib.

 

Dünya İqtisadi Forumu çərçivəsində çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə atəşkəs əldə olunacağı təqdirdə Ukraynanın təhlükəsizliyini təmin etmək üçün minimum 200 min əsgərin lazım olduğunu bildirib.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

reklamlar

Digər xəbərlər