Los-Ancelesin şimalında yanğın baş verib, 50 min
insan təxliyə edilib.
Kaliforniyada Los-Ancelesdən təxminən 50 kilometr
şimalda baş verən yeni yanğından sonra 50 min insanın təxliyəsi əmri verilib.
İsti, quru küləklər alovu gücləndirir və alov bir
neçə saat ərzində təxminən 4000 hektar ərazini külə çevirib.
Kastaik gölü ərazisinə minlərlə yanğınsöndürən, təyyarə
və helikopter cəlb olunub.
Santa Clarita şəhəri yanğına yaxındır və səlahiyyətlilər
ərazinin magistral yolunun bir hissəsini bağlayıb.
Həbsxana xidmətləri alov təhlükəsi altında olan həbsxanadan
500 məhbusu təxliyə edib və daha üç həbsxana da buna əməl edə bilər.
Meteoroloji xidmətlər həftəsonu yağış yağacağını
proqnozlaşdırır.
Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az