Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB

Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB
Cəmiyyət 14 Sentyabr 2026 - 09:06

Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.

Bu barədə Zekainfo.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.

***

08:44

Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-dən Zekainfo.az-a bildirilib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunacaq.

Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir, hər hansı təhlükəli və ya ciddi narahatlıq doğuran məsələ yoxdur.

Qurumdan əlavə olunub ki, məsələ ilə bağlı açıqlama veriləcək.

***

08:22

Səhər saatlarında Bakı metrosunun "İçərişəhər" stansiyasının önündə sıxlıq yaranıb.

Zekainfo.az xəbər verir ki, “Həzi Aslanov”–“İçərişəhər” istiqamətində hərəkət edən qatarların hərəkəti dayanıb.

Nəticədə uzun növbə yaranıb.

Məsələ ilə bağlı Bakı Metropoliteninin QSC-nə sorğu ünvanlanıb.

reklamlar

Digər xəbərlər