İdman
16:22, Bugün
İspaniyanın "Real" klubu qapıçısı Tibo Kurtua ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.
Zekainfo.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.
Belçikalı qolkiperin Madrid təmsilçisi ilə hazırkı sözləşməsi mövsümün sonunda başa çatacaq. Tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı razılıq əldə ediblər.
Yeni müqavilənin 2028-ci ilin yayına qədər qüvvədə olacağı bildirilib. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, Tibo Kurtua 2018-ci ildən "Real"ın formasını geyinir.