Nonville, böyük neft şirkətlərinə "yox" deyən bir Fransız kəndi

Nonville, böyük neft şirkətlərinə "yox" deyən bir Fransız kəndi
İqtisadiyyat 06 Fevral 2025 - 11:06

Neft sızıntısının Paris bölgəsindəki suyu içilməz hala gətirə biləcəyi ilə bağlı qorxular var.

 

Parisin cənubunda avtomobillə bir saatlıq məsafədə yerləşən kiçik neft əməliyyatı səs-küyə səbəb olur, yerli hakimiyyət orqanları neft sızmasının Fransa paytaxtının və onun ətraf bölgəsinin 180 min sakininin su təchizatını təhlükə altına sala biləcəyindən ehtiyatlanır.

 

Cümə axşamı, yanvarın 30-da məhkəmə qərarı, Bridge Energies-in 2009-cu ildən neft hasil etdiyi cəmi 600 nəfərlik Nonville şəhərində iki yeni qazma quyusunun təsdiqini gecikdirdi.

 

Hüquqi prosesdə iştirak edən qonşu Villemer kommunasının meri Frank Beaufreton, "Su ehtiyatlarımız həyati əhəmiyyət kəsb edir. Neft deyil" dedi. Kənddə ərazini su ilə təmin edən bulaq var və qəzanın böyük nəticələrə səbəb olacağını deyir.

 

"Təmiz su əldə etmək üçün başqa yolumuz yoxdur" dedi.

Prezident Makron üç il əvvəl yenidən seçilmək üçün namizədliyini irəli sürərkən Fransanı “qalıq yanacaqlardan asılılıqdan qurtulan dünyada ilk böyük ölkə” edəcəyinə söz verdikdən sonra bölgədə çoxları Nonville-nin neft hasilatını genişləndirmək planları ilə bağlı çaşqınlıq içərisindədir.

 

Ağaclar və çəmənliklərlə əhatə olunmuş kəndin 600-ə yaxın sakinindən biri olan 63 yaşlı Veronique Cardin deyir: "Bu, hazırda arzuladığımız hər şeyə ziddir". "Biz qalıq yanacaqlara qarşı mübarizə aparırıq. İndi də liderlərimiz neft qazma işlərini təsdiqləyir."

 

Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az

 

 

reklamlar

Digər xəbərlər