
Tərəqqiyə baxmayaraq, Avropa İttifaqında yaşayan qadınlar hələ də
kişilərdən 12% az qazanırlar. Beynəlxalq Qadınlar Günü münasibətilə Euronews
Avropada gender maaş fərqini təhlil edir.
Çoxsaylı göstəricilər qadınlar və kişilər arasında davamlı iqtisadi
bərabərsizlikləri vurğulayır və bu bərabərsizlikləri danılmaz şəkildə
aydınlaşdırır. Dünya İqtisadi Forumunun 2023-cü il Qlobal Gender Fərqi
Hesabatında istənilən regionun ən yüksək paritetinə malik olmasına baxmayaraq,
Avropa bu çağırışlardan immun deyil.
Eurostat-ın məlumatına görə, 2023-cü ildə Aİ-də qadınlar kişilərdən
12% az qazanıblar. Bu o deməkdir ki, kişilərin qazandığı hər 100 avroya
qadınlar cəmi 88 avro qazanıblar.
Aİ-də gender maaş fərqi 2013-cü ildə 16% təşkil edib ki, bu da
2023-cü ildəkindən dörd faiz bəndi çoxdur.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az