
Dünyanın ən məşhur abidələrindən birində nümayiş. Yazının yuxarısındakı
videomuzda gördüyünüz kimi, bu şənbə günü, martın 8-də bir nəfər Fələstin
bayrağı və keffiyeh dalğalandıraraq Londonun məşhur Elizabeth Tower-ə, daha çox
Big Ben kimi tanınan zirvəsinə qalxıb.
İngilis media orqanı Sky News tərəfindən BlueSky-də yayımlanan
görüntülərdə yanğınsöndürmə maşını səbətinin qülləyə doğru qaldırıldığını və
bir neçə nəfərin hələ də yüksəkdə oturmuş adamla danışmağa çalışdığını
göstərir.
Guardian-a görə, Big Ben ətrafındakı bütün ərazi möhürlənib, təxminən
on təcili yardım maşını polis maşınlarını müşayiət edir. "Polislər hadisə
yerindədir və hadisəni təhlükəsiz nəticəyə çatdırmaq üçün çalışırlar", -
deyə London polisi bildirib.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az