
DeepSeek-R1-in
təhlükəsizliyini araşdıran yeni bir araşdırma, xardal qazının DNT ilə biokimyəvi
qarşılıqlı təsirini ətraflı izah edə biləcəyini tapdı.
Çin şirkəti
DeepSeek, OpenAI-nin chatbotundan daha ucuz olduğunu və daha az enerji sərf
etdiyini iddia edən bir model təqdim edərək süni intellekt (AI) sahəsində bir
başlanğıc etdi.
Lakin cümə
günü yayımlanan bir araşdırma, DeepSeek-R1-in zərərli, zəhərli, qərəzli və təhlükəli
məzmun yarada biləcəyini göstərdi.
O, həmçinin
"KBRN materialları" (əhali, ərazi və ya silahlı qüvvələr üçün təhlükə
yarada bilən hər hansı kimyəvi, bioloji, radioloji və ya nüvə maddə) ilə bağlı
məzmun istehsal etmək ehtimalı daha yüksək idi.
ABŞ-da yerləşən
AI təhlükəsizlik və uyğunluq firması Enkrypt AI, DeepSeek-R1-in zərərli məzmun
yaratma ehtimalının OpenAI-nin o1 modelindən 11 dəfə çox olduğunu müəyyən etdi.
Tədqiqat həmçinin
müəyyən edib ki, qərəzli testlərin 83%-i ayrı-seçkilik yaradan nəticələrlə nəticələnib.
İrq, cins, sağlamlıq və din sahələrində qərəzlər aşkar edilmişdir.
Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az