Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər
Siyasət 12 Fevral 2025 - 17:33

Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrində qapı kimi baxa bilər.

Zekainfo.az-ın məlumatına görə, bunu Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

O qeyd edib ki, Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi iki ölkə üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir.

reklamlar

Digər xəbərlər