
Dünya
16:49, 08 May 2025
Avropalıların
böyük əksəriyyəti hesab edir ki, onların ölkələri qalıq yanacaq idxalından azad
olmaq üçün yerli bərpa olunan enerjiyə investisiyalara üstünlük verməlidir.
Yeni sorğuya
görə, avropalıların əksəriyyəti idxal olunan qalıq yanacaqdansa yerli bərpa
olunan enerjiyə üstünlük verir.
Bərpa olunan
enerjiyə keçidi sürətləndirmək üçün çalışan Təhlükəsiz Enerji Layihəsi
tərəfindən sifariş edilən Opinium tədqiqat agentliyinin məlumatlarına görə,
onlar Avropanın enerji ehtiyaclarını ödəmək üçün ABŞ və Rusiyadan xüsusilə
ehtiyat edirlər.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az