
İqtisadiyyat
15:30, 06 May 2025
Çinin Ticarət Nazirliyi cümə günü bildirib ki, Pekin Tramp
administrasiyasının ticarət danışıqlarına çoxsaylı yanaşmalarını qiymətləndirir.
Bununla belə, nazirliyin bəyanatında deyilir ki, 145 faizə qədər birtərəfli
tariflər maneə olaraq qalır və etimadı sarsıdır.
Bəyanat danışıqlara açıq olan, lakin lazım gələrsə, mübarizə aparmaq əzmində
olan Çinin mövqeyini bir daha təsdiqləyir.
"Tarif və ticarət müharibələri ABŞ tərəfindən birtərəfli qaydada
başladılıb. Əgər ABŞ danışmaq istəyirsə, öz səmimiliyini nümayiş etdirməli və
pis təcrübələrin düzəldilməsi və birtərəfli tariflərin tətbiqinin ləğvi kimi məsələlərdə
hərəkətə keçməyə hazır olmalıdır.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az