Avropa mətbuatının iqtisadi və redaksiyada boğulması

Avropa mətbuatının iqtisadi və redaksiyada boğulması
İqtisadiyyat 06 May 2025 - 11:34


Sərhədsiz Reportyorlar (RSF) cümə günü dünyada mətbuat azadlığına dair illik hesabatını dərc edib. Avropa jurnalistlər üçün ən təhlükəsiz region olaraq qalır, lakin vəziyyət getdikcə pisləşir. Aİ daxilində Yunanıstan sonuncu yeri tutur.

Avropa mətbuatı boğulur. Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) cümə günü dərc etdiyi dünya mətbuat azadlığı indeksində qitə birinci yerdə qalmasına baxmayaraq, vəziyyət pisləşir.

 

İqtisadi çətinliklər redaksiyaları, xüsusən də müstəqil redaksiyaları təhdid edir. Lakin media həm Amerika yardımının dayandırılması, həm də Rusiya təbliğatının güclənməsi ilə üz-üzədir. RSF-nin Aİ-Balkanlar masasının rəhbəri Pavol Szalai deyir: “Bu gün Donald Tramp Avropadakı media üçün Vladimir Putin qədər təhlükədir”.

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az 

reklamlar

Digər xəbərlər