Elektrikli avtomobillər: Çin istehsalçısı BYD, DeepSeek ilə süni intellektə mərc edir

Elektrikli avtomobillər: Çin istehsalçısı BYD, DeepSeek ilə süni intellektə mərc edir
İqtisadiyyat 13 Fevral 2025 - 11:38


 

 

Çinin BYD şirkəti bütün avtomobillərində "Tanrının Gözü" adlı təkmil avtonom idarəetmə sistemini tətbiq edir.

 

Elektrikli avtomobil istehsalçısı həftənin əvvəlində süni intellekt firması DeepSeek ilə əməkdaşlıq etdiyini elan etdikdən sonra BYD səhmləri çərşənbə günü rekord həddə çatdı.

 

Tesla-nın əsas rəqibi olan Çin elektrikli avtomobil istehsalçısı, ən ucuzdan ən eksklüzivinə qədər bütün modellərində avtonom idarəetmə sistemi tətbiq edəcəyini bildirib.

 

BYD-nin qurucusu Wang Chuanfu bazar ertəsi dedi ki, onun şirkəti avtonom idarəetməni daha az dəbdəbəli və daha çox dünyəvi təhlükəsizlik xüsusiyyətinə çevirməyə çalışır.

 

Çin şirkəti əvvəllər rəqibləri ilə müqayisədə avtonom idarəetməyə daha ehtiyatlı yanaşırdı.

 

“Tanrının Gözü” adlandırılan yeni texnologiya ən azı 69 800 yuan (9 200 avro) qiyməti olan avtomobillərdə satışa çıxarılacaq.

 

BYD, DeepSeek-in süni intellekt proqramını ən azı bəzi özünü idarə edən modellərinə inteqrasiya edəcəyini söylədi.

 

 

Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az

 

 

reklamlar

Digər xəbərlər