Papa Donald Trampın əmri ilə miqrantların kütləvi surətdə çıxarılmasını pisləyib

Papa Donald Trampın əmri ilə miqrantların kütləvi surətdə çıxarılmasını pisləyib
Dünya 14 Fevral 2025 - 16:40


 

 

 

Katolik Kilsəsinin rəhbəri ABŞ yepiskoplarına yazdığı məktubda bu planın onsuz da həssas insanlara zərər verəcəyi barədə xəbərdarlıq edib.

 

Roma Papası Fransisk Tramp administrasiyasını miqrantların kütləvi deportasiyası planlarına görə danlayıb və belə bir siyasətin “sonu pis olacaq” xəbərdarlığını edib.

 

ABŞ yepiskoplarına göndərdiyi məktubda katolik lider xalqların özlərini qorumaq hüququna malik olduğunu deyib, lakin immiqrantların zorla qovulmasının “bir çox kişi və qadınların, bütöv ailələrin ləyaqətini pozduğunu və onları xüsusi zəiflik və müdafiəsiz vəziyyətə saldığını” vurğulayıb.

 

Nadir hallarda bir Papa hökumət administrasiyasına belə birbaşa müraciət edib. Ancaq heç kəs təəccüblənməməlidir, çünki Francis miqrasiyanı pontifikatının əsas mövzusuna çevirmişdir.

 

Ağ Ev Tramp administrasiyasında “sərhəd çarı” ləqəbli Tomas Homanın səsi ilə cavab verməyə tələsdi:

"Kaş ki, o, diqqətini Katolik Kilsəsinə yönəltsin və sərhədlərdən narahat olmağımıza icazə versin. O, bizə hücum etmək istəyir, çünki biz sərhədlərimizi qoruyuruq? Onun Vatikanın ətrafında divarı var, elə deyilmi? ABŞ-ın ətrafına divar çəkə bilmərik", - o, jurnalistlərə deyib.

 

 

Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az

reklamlar

Digər xəbərlər