Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 25 Sentyabr 2026 - 19:18

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb.

Zekainfo.az xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Məktubda qeyd olunub:

"Hörmətli Kasım-Jomart Kemeleviç,

Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

reklamlar

Digər xəbərlər