
21 yaşlı britaniyalı aktrisa bir neçə tabloiddə aldığı tənqidlərə
cavab olaraq "Bu jurnalistika deyil, zorakılıqdır" dedi.
Stranger Things filminin ulduzu Millie Bobby Brown onun xarici
görünüşünü tənqid edən bir çox tabloid və xəbər məqalələrinə şiddətlə cavab
verib və "bu, jurnalistika deyil, zorakılıqdır" deyib.
21 yaşlı aktrisa İnstaqram səhifəsində üç dəqiqəlik video
yerləşdirib, orada məqalələrin başlıqlarını və onları yazan jurnalistlərin
adlarını, o cümlədən Daily Mail-in “Niyə Gen Zers Millie Bobby Brown kimi bu
qədər zəif qocalır?” adlı hekayəsini sitat gətirib.
Videoda aktrisa deyir: "Bir anlıq məndən daha böyük,
ictimaiyyətin gözündə böyüyən bütün gənc qadınlara təsir edən bir şey haqqında
danışmaq istəyirəm. Məncə, bu barədə danışmaq lazımdır".
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az