Zərərsiz hala salınmalı olan İkinci Dünya Müharibəsindən qalma bombanın aşkarlanmasından sonra səyahətçilər üçün bir günlük xaosdan sonra Gare du Nordda dəmir yolu hərəkəti normal şəkildə bərpa edilib

Hadisə 10 Mart 2025 - 11:11

Partlamamış, lakin "son dərəcə təhlükəli" İkinci Dünya Müharibəsi bombasının zərərsizləşdirilməsi cümə günü Fransa paytaxtının dəmir yolu və avtomobil şəbəkələrində saatlarla nəqliyyat xaosuna səbəb olub. Nasazlıqlar Gare du Norddan yola düşən və gələn milli və beynəlxalq qatarlara təsir edib.

Bomba cümə axşamından cümə gününə keçən gecə şəbəkədə aparılan işlər zamanı iki dəmir yolu relsinin arasında aşkar edilib. Paslanmışdı və torpaqdaşıyan maşınla daşınarkən yerin bir neçə metr altında yerləşirdi.

SNCF dərhal təcili yardım xidmətlərini xəbərdar etdi. Paris polis laboratoriyasının direktoru Kristof Pezron, "Dərhal hadisə yerinə bir qrup göndərildi və biz onun 500 kiloqramlıq ingilis bombası, son dərəcə təhlükəli obyekt olduğunu müəyyən etdik" dedi.

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az

reklamlar

Digər xəbərlər