
Cəmiyyət
16:41, Bugün
Artıq Carte Vitale-ni həkim təyinatları və ya aptek alışlarınız üçün
götürməyə ehtiyac yoxdur. Çərşənbə axşamı, martın 11-dən etibarən, sadəcə
olaraq, xüsusi “Carte Vitale” proqramından istifadə edərək onu smartfonunuzda
qeydiyyatdan keçirməyiniz kifayətdir.
Guillaume Rozier-in sosial şəbəkələrdəki mesajında bütün yükləmə
platformalarında mövcud olan "Carte Vitale" proqramında bu virtual
kartın ekran görüntüsü var. Aşağıda görə biləcəyiniz şəkildə fərdi QR kodu ilə
təchiz olunmuş demateriallaşdırılmış kart, həmçinin “son səhiyyə xərclərinizi”
göstərməyə imkan verən menyu göstərilir.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az