
Bazar ertəsi Mixail Saakaşvili sərhədi qanunsuz keçməkdə təqsirli
bilinərək vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə ittihamı ilə
artıq təyin edilmiş cəzadan əlavə, ikinci dörd il yarım həbs cəzasına məhkum
edilib.
Bazar ertəsi Gürcüstan məhkəməsi keçmiş prezident Mixail
Saakaşvilinin cəzasını 12 il yarıma çatdıraraq yeni həbs cəzasına məhkum edib.
2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş cənab Saakaşvili əvvəllər
vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmədə təqsirli bilinib, ona və
müdafiə tərəfi ittihamları siyasi motivli olaraq rədd edib.
Hakim Badri Koçlamazaşvili 57 yaşlı keçmiş prezidenti sərhədi
qanunsuz keçmək ittihamı ilə əlavə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Videokonfrans vasitəsilə çıxış edən cənab Saakaşvili hökmü “törmədiyim
cinayətlərə görə tamamilə qanunsuz və ədalətsiz məhkumluq” adlandırıb.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az