
Dünya
13:10, Bugün
Rusiyanın Ukraynaya müdaxiləsinin 3-cü ildönümünü qeyd edən ukraynalı
əsgərlərin hazırladığı videoçarxdan parçalar kontekstdən çıxarılıb.
Sosial şəbəkələrdə ukraynalıların makiyaj etdiyini və sanki
müharibəyə getdiyini göstərən bir sıra videolar yayılır.
"Liberal Tear Creator" adlı hesabda əsgərlərin
"müharibədən əziyyət çəkən" görünmək və ABŞ-dan vəsait toplamaq üçün
"döyüş saxtakarlığı" etdiklərini iddia edən üç video seriyası
paylaşılıb.
Kliplər manipulyasiya edilməsə də, onları aldadıcı şəkildə
kontekstdən çıxarıblar.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az