
Məhkəmə sistemi, korrupsiya ilə mübarizə və media azadlığı ilə bağlı
demokratik göstəricilər davamlı və sistemli problemlərlə üzləşir.
Avropa üçün Vətəndaş Azadlıqları İttifaqı tərəfindən bazar ertəsi
dərc edilmiş "Azadlıqlar Qanununun Aliliyi" hesabatı, ölkələr
arasında fərqlərə baxmayaraq, son illərdə Avropada qanunun aliliyinə xələl
gətirən ümumi tendensiyanı ortaya qoyur.
Bu 1000 səhifəlik hesabatın altıncı illik nəşri Avropa Vətəndaş
Azadlıqları İttifaqının koordinasiya etdiyi 21 Avropa İttifaqı ölkəsindən 43
insan hüquqları təşkilatının əməkdaşlığının nəticəsidir.
Avropa Vətəndaş Azadlıqları İttifaqının hüquq aliliyi üzrə baş
eksperti və hesabatın müəlliflərindən biri Viktor Zoltan Kazai Euronews-a
deyib: “Biz qanunun aliliyinin pisləşməkdə davam etdiyi çoxlu sayda ölkəni
görürük, o cümlədən İtaliya, Slovakiya, Rumıniya və Macarıstan.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az